525.Az

Qvardiola "Bavariya"nı "Mançester Siti"yə dəyişir


 

Qvardiola "Bavariya"nı "Mançester Siti"yə dəyişir<b style="color:red"></b>

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandadan ayrılacaq.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis gələn mövsümdən İngiltərə Premyer Liqasında çalışacaq.

44 yaşlı mütəxəssis artıq "Mançester Siti" ilə razılığa gəlib. Qvardiolanın "Mançester Siti"nin idman direktoru Çiki Beqiristayna "Mançester Siti"də çalışmağa razı olduğunu söylədiyi bildirilir.

Qeyd edək ki, Qvardiolanın "Bavariya" ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq. Münhen təmsilçisi ona yeni müqavilə təklif etsə də, Qvardiola sözləşməsini yeniləmək istəməyib.

 





08.10.2015    çap et  çap et