525.Az

Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib


 

Mübariz Qurbanlı Təyyar Altıkulacı qəbul edib<b style="color:red"></b> Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin keçmiş Dəyanət İşləri başqanı Təyyar Altıkulacı qəbul edib.

DQİDK-dən 525.az-a verilən məlumata görə, Komitə sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq qardaş ölkənin nümayəndələri ilə görüşdən məmnun olduğunu bildirib. 

O, ölkəmizin xarici siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edərək, bütün sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin yüksək səviyyədə davam etdiyini qeyd edib. Söhbət zamanı Azərbaycanla din sahəsində münasibətlərin qurulmasında Təyyar Altıkulacın böyük xidmətlərinin olduğu xüsusi qeyd olunub.

Görüş zamanı Təyyar Altıkulac Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb.

Dövlət başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən Təyyar Altıkulac Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib.

Qonaq bildirib ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.

Eyni zamanda dini radikalizm və ekstremizmə qarşı mübarizə məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.
 





08.10.2015    çap et  çap et