525.Az

Fransız dili üzrə buraxılış və qəbul imtahanlarının proqramları təsdiqlənib


 

Fransız dili üzrə buraxılış və qəbul imtahanlarının proqramları təsdiqlənib<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fransız dili fənni üzrə 2016-cı ildə tam orta təhsil üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən  verilən məlumata  görə, müzakirədə iştirak edən müəllimlər və mütəxəssislər fikirlərini söyləyib və təkliflər veriblər.

Fransız dili fənni üzrə buraxılış və qəbul imtahanlarının proqramları təkliflər nəzərə alınmaqla təsdiq edilib.

Proqramlar 2016-cı ildə "Abituriyent" jurnalında dərc ediləcək.

Növbəti seminarda bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.

Vəfa MƏMMƏDLİ

 





08.10.2015    çap et  çap et