525.Az

Neft və Sənaye Universitetində "Açıq qapı" günü


 

Neft və Sənaye Universitetində "Açıq qapı" günü <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən "Açıq qapı" günündə bu ali məktəbin rektoru Mustafa Babanlı tələbələrlə görüşüb. Universitetdən verilən məlumata görə, I-IV kurs tələbələri ilə keçirilən görüşdə rektor ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

M. Babanlı birinci kurslarda imtahanların test üsulu ilə keçirilməsi, imtahan proseslərində obyektivliyin təmin olunması ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Pulsuz dil kursları, xarici ölkələrdə təhsil, digər təhsil proqramları, universitetin beynəlxalq əlaqələri və s. məsələlərə toxunan rektor vurğulayıb ki, əsas məqsəd innovativ düşüncəli, müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Vəfa MƏMMƏDLİ

 





08.10.2015    çap et  çap et