525.Az

"Birləşmiş Ştatların mövqeyi həmişə diqqətə alınıb"


 

"ERMƏNİSTANIN BEYNƏLXALQ HÜQUQ NORMALARINI POZMASI, BAŞQA ÖLKƏNİN TORPAQLARINI ÖZ ƏRAZİSİ ELAN ETMƏSİNƏ ABŞ HEÇ BİR REAKSİYA VERMİR"

"Birləşmiş Ştatların mövqeyi həmişə diqqətə alınıb"<b style="color:red"></b>

"ABŞ-ın Beynəlxalq Təşkilatlara təsir imkanları böyükdür. Dünya iqtisadiyyatının böyük bir hissəsinə, müasir və geniş hərbi imkanlara sahib olan Birləşmiş Ştatların mövqeyi həmişə diqqətə alınıb".
 
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ-ın beynəlxalq təşkilatlara təsir imkanları barədə danışarkən deyib. O bildirib ki, ABŞ ayrı-ayrı ölkələrlə ikitərəfli münasibətlərə daha çox önəm verir.

A.Mirzəzadənin sözlərinə görə, təəssüflər olsun ki, Ermənistanın beynəlxalq hüquq normalarını pozması, başqa ölkənin torpaqlarını öz ərazisi elan etməsi kimi məsələlərə Birləşmiş Ştatlar heç bir reaksiya vermir: "Bu işğalçı ölkəni nə xüsusi diqqətdə saxlamaqdan, nə də digər böyük dövlətlərlə üz-üzə gəlməkdən irəli gələn məsələdir. Bunun sırf nədən qaynaqlandığını demək çətindir. Hərçənd, rəsmi Vaşinqton bu cür bəyanatların təkcə Azərbaycan deyil, bütün dünya ölkələri üçün təhdid olduğunu anlamalı idi".

Millət vəkili hesab edir ki, ABŞ-ın BMT-nin beş daimi üzvündən biri olduğunu nəzərə alsaq, Ermənistan prezidenti Serj Sarkisyanın hədələrinin onun ərazisində yerləşən beynəlxalq təşkilatın tribunasından səsləndirilməsi sıradan məsələ deyil.

Ceyhun ABASOV

 





08.10.2015    çap et  çap et