525.Az

“AŞPA məruzəçisinin Dağlıq Qarabağa buraxılmaması qəribə görünür”


 

“AŞPA məruzəçisinin Dağlıq Qarabağa buraxılmaması qəribə görünür”<b style="color:red"></b> ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən regiona buraxılmamasını şərh edib.
 
APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi xəbərə görə, sabiq səfir bu qərarın qəribə olduğunu bildirib: “Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, işğal edilmiş Dağlıq Qarabağa nəzarət edən qüvvələrin bütün dünyada məşhur olan Robert Volterin regiona səfərinə icazə verməməsi qeyri-adi haldır”.
 
Xatırladaq ki, R. Volter sentyabrın 17-də cəbhə xəttinin Azərbaycan tərəfinə səfər edib. Lakin işğalçı rejim onun Dağlıq Qarabağa getməsinə icazə verməyib.
 





09.10.2015    çap et  çap et