525.Az

Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək


 

Ermənistanda dekabrın 6-da Konstitusiya referendumu keçiriləcək<b style="color:red"></b> Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiya islahatları ilə bağlı referendumu dekabrın 6-na təyin edib.
 
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti bu barədə sərəncam imzalayıb.
 
Qeyd edək ki, Ermənistanda yeni  hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz.

Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna sahib olacaq.
 





09.10.2015    çap et  çap et