525.Az

Mədəniyyət və Turizm Nazirliyi Frankfurt Beynəlxalq Kitab Sərgisində iştirak edəcək


 

Mədəniyyət və Turizm Nazirliyi Frankfurt Beynəlxalq Kitab Sərgisində iştirak edəcək<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyi Almaniyanın Frankfurt şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, oktyabrın 14-dən 18-dək keçiriləcək sərgidə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən qeyd ediblər ki, sərgidə 60 kv.m. ərazidə, xüsusi dizaynlı stendlə təmsil olunmaq prezident İlham Əliyevin Sərəncamına əsasən “Kitabi-Dədə Qorqud”un alman alim Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı müvafiq tədbirin keçirilməsi, kitab və digər nəşr məhsullarının, Azərbaycan yazıçıları ilə görüşlərin, kitab təqdimatlarının təşkili, mədəniyyətimizin təbliğatı baxımından uğurlu imkan yaradır.
 





09.10.2015    çap et  çap et