525.Az

Rusiya Böyük Britaniyadan kömək istəyib


 

Rusiya Böyük Britaniyadan kömək istəyib<b style="color:red"></b>

Rusiya "İŞİD" terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsi məqsədi ilə “Azad Suriya Ordusu” ilə təmas qurmaq üçün Böyük Britaniyadan kömək istəyib.

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.  
 
“Səfir Aleksandr Yakovenko Rusiya tərəfinin "İŞİD" terror qruplaşması ilə mübarizədə Suriya Silahlı Qüvvələri və “Azad Suriya Ordusu” (ASO) arasında səylərin əlaqələndirilməsi və ASO-nun siyasi prosesə cəlb edilməsi üçün ASO ilə təmasın qurulmasında britaniyalı tərəfdaşların  göstərə biləcək yardıma görə minnətdar olacağını bildirib”, deyə diplomatik missiyanın məlumatında bildirilir.  
 
Qeyd olunan xahiş Aleksandr Yakovenkonun Böyük Britaniya XİN-nin siyasi direktoru ilə görüşü zamanı səsləndirilib.

 





09.10.2015    çap et  çap et