525.Az

XİN-in “qara siyahı”sına Minsk qrupunun həmsədr ölkələri başçılıq edir


 

XİN-in “qara siyahı”sına Minsk qrupunun həmsədr ölkələri başçılıq edir<b style="color:red"></b>

Xarici İşlər Nazirliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısına Minsk qrupunun həmsədr ölkələri və inkişaf etmiş Avropa dövlətləri başçılıq edir.

Dailykarabakh-ın araşdırmasına görə, XİN-in “qara siyahısı”na 49 ölkədən 501nəfər daxildir. Bunlardan ən çoxu Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın payına düşür (133 nəfər). Siyahıda ikinciliyə digər həmsədr ölkə ABŞ başçılıq edir (41 nəfər). İlk üçlükdə isə Almaniya yer alıb (38 nəfər). İtaliyadan 36, digər həmsədr ölkə olan Fransadan 30 nəfər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. “Qara siyahı”da növbəti yerləri Böyük Britaniya (19 nəfər) və İsveçrə (10 nəfər) tutur.

Azərbaycanla quru sərhəd ölkələrindən Gürcüstanın 11, Türkiyənin 2, İranın 3 vətəndaşı ölkəmizin icazəsi olmadan işğal altında olan ərazilərimizə səfər ediblər.

 





09.10.2015    çap et  çap et