525.Az

"Sumqayıt"ın yeni baş məşqçisi təqdim olundu


 

"Sumqayıt"ın yeni baş məşqçisi təqdim olundu<b style="color:red"></b>

Ötən gün "Sumqayıt"ın yeni baş məşqçisi təyin edilən Samiq Abasov komanda üzvlərinə təqdim olunub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqdən öncə baş tutan görüşdə "Sumqayıt"ın prezidenti Kamran Quliyev, baş menecer Ceyhun Sultanov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov və şuranın üzvü, veteran futbolçu Telman Salahov da iştirak edib.

Klub rəhbərliyi tərəfindən Samir Abasova uğurlar arzulanıb, ardınca komanda məşqə çıxıb.

Qeyd edək ki, Abasov yeni vəzifəsində istefa verən Aqil Məmmədovu əvəzləyib.

 





09.10.2015    çap et  çap et