525.Az

"Qəbələ"nin hücumçusu zədələndi


 

"Qəbələ"nin hücumçusu zədələndi<b style="color:red"></b>

"Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib.

525.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan 27 yaşlı hücumçu "Avro-2016"nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək.

Eyni səbəbdən Sead Kolaşinats və Tino-Sven Suşiç də millidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də çağırılıb.

 





09.10.2015    çap et  çap et