525.Az

"Qarabağ"ın futbolçusu İrəvanda oynamayacaq


 

"Qarabağ"ın futbolçusu İrəvanda oynamayacaq<b style="color:red"></b>

Albaniya millisinin futbolçusu Ansi Aqolli "Avro-2016"nın seçmə mərhələsində İrəvanda Ermənistana qarşı oynaya bilməyəcək.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb "Qarabağ"ın da müdafiəçisi olan Aqollinin dünən Serbiya ilə matçda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. 79-cü dəqiqədə cəzalanan A.Aqolli “Avro-2016”da 3-cü sarı vərəqəsini alıb.

Qeyd edək ki, Ermənistan - Albaniya qarşılaşması oktyabrın 11-i keçiriləcək.

 





09.10.2015    çap et  çap et