525.Az

Komitə sədri Kristian Okerhelmi qəbul edib


 

Komitə sədri Kristian Okerhelmi qəbul edib<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi qəbul edib.

Komitədən 525.az-a verilən məlumata görə, M. Qurbanlı Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib.

Respublika əhalisinin 96%-nin İslam, 4%-nin isə qeyri-islam dinlərə mənsub olduğunu vurğulayan komitə sədri ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə qayğı göstərməyin, onların problemlərini həll etməyin Azərbaycan dövlətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyib. M. Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin siyasətində bu məsələlər əhəmiyyətli yer tutur: “Dövlət tərəfindən İslam və qeyri-islam dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrılır”.

Komitə sədri “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə, icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib. Kristian Okerhelm Azərbaycana ilk səfəri zamanı – 1994-cü ildə Heydər Əliyevlə görüşünü, Ermənistanın təcavüzü nəticəsində öz yaşayış yerlərindən məcburən köçkün və qaçqın vəziyyətinə düşmüş Azərbaycan əhalisinə humanitar yardımın gətirilməsinin təşkilində  şəxsən iştirak etdiyini xatırladıb. Qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd edib. Kristian Okerhelm rəhbərlik etdiyi beynəlxalq mərkəzin gələcəkdə İsveçdə keçirəcəyi tədbirlərdə Azərbaycandan olan nümayəndə heyətinin iştirakından məmnun olacağını bildirib.

Görüşün sonunda “Həyat sözü” beynəlxalq mərkəzinin direktoru Kristian Okerhelm səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Görüşdə “Həyat Sözü” dini icmasının pastoru Rasim Xəlilov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli iştirak ediblər.

 





09.10.2015    çap et  çap et