525.Az

Blatter apellyasiya şikayəti verdi


 

Blatter apellyasiya şikayəti verdi<b style="color:red"></b>

FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter apellyasiya şikayəti verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Blatter Etika Komitəsi üzrə Arbitraj Palatasının onun haqda çıxardığı qərarın dəyişdirilməsini tələb edib.

Xəbəri Blatterin vəkili də təsdiqləyib. Apellyasiya Komitəsinin onun müraciətinə hansı müddətdə baxacağı hələlik məlum deyil.

Qeyd edək ki, Etika Komitəsi üzrə Arbitraj Palatasının qəbul etdiyi qərara əsasən FİFA prezidenti Yozef Blatterlə yanaşı, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb. Adı çəkilən şəxslər korrupsiyada təqsirli bilinirlər.

 





09.10.2015    çap et  çap et