525.Az

Bu şənbə "525-ci qəzet"də - ANONS


 

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

Bu şənbə "525-ci qəzet"də - <b style="color:red">ANONS</b>

- “Mən ancaq sevə bilirəm...” - Sevinc Mürvətqızı oxucuları Vaqif Bayatlı Odərin poeziya dünyasına dəvət edir;

- “Yaşam fəlsəfəsi” - Şahlar Əsgərovun “Günümüzün fəlsəfəsi” adlı dördüncü yazısında yenə həyatın müxtəlif sahələrinə fərqli rakursdan yanaşmasının şahidi oluruq;

- "Ustadımın ad gününə hədiyyə" - BDU-nun professoru Aida Qasımova müəllimi Ələsgər Məmmədovun həyatı, yaradıcılığı və pedaqogikasına nəzər salır;

- "Mirzə Fətəli Axundzadə irsinin daha bir maraqlı səhifəsi" - dosent Şahbaz Şamıoğlu (Musayev) böyük ədibin Parisə göndərdiyi bir teleqramın maraqlı tarixçəsindən danışır;

- Mərhum şair Eldar Nəsibli Sibirelin şeirləri;

- "Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi" - Telman Orucov oxucuları möcüzələr diyarı Çinlə tanış edir;

- "Esselərin Paşa ətri, qəlb nuru" - Vaqif Nəsib Sarıhüseynoğlu tanınmış həkim, şair Paşa Qəlbinurun yaradıcılıq yoluna işıq tutur;

- "Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitab mədəniyyəti" - Vahid Qazi İsveçdən "525-ci qəzet" üçün yazır;

- "Yeri başda olan adam..." - Novruz Nəcəfoğlu şair Hacı Musa Bədəlovdan söz açır;

- "Edam vaxtını dəyişmək olmaz" - yazıçı Kamal Abdulla yazır;

- "Kaşeyin ölümü - cəmiyyətin müflisləşməsi" - Rübabə Sahib Xalq yazıçısı Elçinin "Kaşeyin ölümü" kitabından bəhs edir;

- Oqtay Rzanın şeirləri;

- “İstəyirik tələbələr görsün ki, rüşvətsiz və tapşırıqsız oxumaq mümkündür” - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov sualları cavablandırır;

- "Doğrunun yanında olmalı..." - Elçin Hüseynbəyli mətbuatla media məmurları arasındakı çəkişmədən yazır;

- "Müsyö İbrahimin gülləri..." - Pərvin Akademik Milli Dram Teatrında səhnələşdirilən Erik Emmanuel Şmittin eyniadlı əsərinin motivləri əsasında hazırlanan “Müsyö İbrahim və Quran çiçəyi” tamaşasından yazır;

- "Bariatrik cərrahiyyə əməliyyatı sizi artıq çəkidən azad edəcək" - Ümumi və Bariatrik cərrah, Medikal Plaza klinikasının həkimi, piylənmə üzrə mütəxəssis Sevinc Şirinova mövzu ilə bağlı sualları cavablandırıb;

- "İşğal altındakı ərazilərdə təbii sərvətlərimiz necə talan edilir?"

- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;

- və s.

BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN

 





10.10.2015    çap et  çap et