525.Az

"İtaliya üzərində qələbə Azərbaycan millisi üçün sürpriz olmaz"


 

"İtaliya üzərində qələbə Azərbaycan millisi üçün sürpriz olmaz"<b style="color:red"></b>

“İtaliya millisi üçün çox önəmli bir oyundur. Düzdür, çətin olacağını bilirik, amma bu matçda qalib gəlməliyik”.

Bu sözləri Qol.Az-a açıqlamasında İtaliya Futbol Federasiyasının  müşaviri Simone Perrota deyib.

“Avro-2016”nın seçmə mərhələsində bu gün millimizlə qarşılaşacaq İtaliya yığmasının sabiq üzvü görüş haqda fikirlərini bölüşüb:

“Qələbə qazanacağımız təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmiş olacağıq.  Ona görə də komandamızın Bakıda qələbə qazanmasını istəyirəm”.

2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan veteran futbolçu komandamız haqda müsbət fikirlər səsləndirib:
 
“Azərbaycan millisinin  Robert Prosineçki ilə 4 oyundur məğlub olmadığını da bilirik. Amma hər zaman bir ilk var. Bəlkə də sabah bu ilk olacaq və Azərbaycan İtaliyaya məğlub olacaq. Amma müasir futbolda nə qədər favorit göstərilsən də, güclər bərabərdir. Hər şey 11 futbolçunun göstərəcəyi gücdən asılıdır. 

Azərbaycan milli komandası da hazırda formadadır. Ona görə də rəqib qələbə qazansa, onlar üçün sürpriz olmaz. Amma İtaliya üçün üzücü olar”.

 





10.10.2015    çap et  çap et