525.Az

Millimiz darmadağın oldu


 

Millimiz darmadağın oldu<b style="color:red"></b>

21 yaşadək futbolçular arasında keçirilən "Avro-2017"nin seçmə mərhələsinin oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, 7-ci qrupda qərarlaşan Azərbaycan millisi bu gün dördüncü matçına çıxıb.

Yığmamız səfərdə Avstriyanın qonağı olub. Sankt-Polten şəhərinin “MV Arena” stadionunda keçirilən millimiz 0:7 hesabı ilə uduzub.

Qeyd edək ki, seçmə mərhələnin ilk görüşündə Farer adalarına 1:0 hesabı ilə qalib gələn millimiz ardından Avstriyaya 0:2, Almaniyaya isə 0:3 hesabı ilə uduzub.

9 oktyabr

"Avro-2017"nin seçmə mərhələsi

20:30. Avstriya – Azərbaycan - 7:0

Qollar
: Qrillitsh, 45+1 (1:0), Qreqoriç, 49-pen (2:0), Friesenbiçler, 60 (3:0), Qreqoriç, 74 (4:0), Şopf, 75 (5:0), Qreqoriç, 88 (6:0), Vudra, 90 (7:0)

Hakimlər: Qunnar Yarl Yonsson, Qunnar Qunnarsson, Birkir Siqurdarsson, Torvaldur Arnason (hamısı İslandiya)

Sankt-Polten. “MV Arena” stadionu

 





10.10.2015    çap et  çap et