525.Az

Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapıldı


 

Hərbi hissəni özbaşına tərk edən əsgərin meyiti tapıldı<b style="color:red"></b> Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti tapılıb.
 
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
 





10.10.2015    çap et  çap et