525.Az

Ankarada terror aktı: ölənlərin sayı 97-yə çatdı - Yenilənib


 

Ankarada terror aktı: ölənlərin sayı 97-yə çatdı - <b style="color:red">Yenilənib</b>

Oktyabrın 10-da Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 97-yə, yaralananların sayı isə 246-ya çatıb.

*** 11.10.2015, 10:22

Dünən Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, Anadolu Agentliyi Türkiyənin baş nazirinin ofisinə istinadən xəbər verir ki, terror aktında ölənlərin sayı 95-ə, yaralananların sayı isə 246-ya çatıb.

*** 10.10.2015, 18:51

Terror aktında ölənlərin sayı 86-ya, yaralananların sayı isə 186-ya çatıb.

Trend-in Anadolu Agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.

Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.

Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

*** 16:51

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Hürriyet" qəzetinə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.
 
Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.
 
"Xəstəxanaya yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti kritikdir. Ölənlərin sayının artacağından qorxuruq", - deyə H. Kodalak bildirib.

*** 14:51

Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu rəqəmləri Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb.
 
Partlayışlar “Əmək, barış və demokratiya” mitinqi keçirmək üçün Ankara dəmir yolu stansiyası önündən Sıhhiye meydanına doğru yürüşə keçmək istəyən kütlənin Gənclik Parkında toplanması zamanı törədilib.

Terrorun insanlar halay çəkərkən (yallı) kamikadze tərəfindən törədildiyi bildirilir, ətrafda cəsəd parçaları var. Əraziyə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınıb.
 
Hadisədən sonra Türkiyə rəhbərliyi və siyasi liderlər öz gündəlik proqramlarını ləğv ediblər. Baş nazir Əhməd Davudoğlu daxili işlər və səhiyyə nazirlərindən hadisə ilə bağlı məlumat alıb. O, qarşıdakı 3 gün ərzində Kayseri, Trabzon və Şanlıurfada planlaşdırılan seçki təbliğat mitinqlərini ləğv edib. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı proqramını ləğv edərək paytaxta dönməyə qərar verib. CHP lideri Kamal Kılıçdaroğlu, HDP liderləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ da mitinq proqramlarını ləğv edərək Ankaraya dönmək qərarına gəliblər.
 
Qeyd edək ki, Türkiyənin bir sıra həmkarlar təşkilatları bu gün Ankarada “Əmək, barış, demokratiya” devizi ilə mitinq təyin ediblər. Aksiyaya əsasən müxalif fikirli və sol yönümlü vətəndaşların qatılacağı gözlənilirdi.

 





12.10.2015    çap et  çap et