525.Az

İlham Əliyev İrakli Qaribaşvilini qəbul edib


 

İlham Əliyev İrakli Qaribaşvilini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunulub.
 
Gürcüstanın baş naziri Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edilib.

 





10.10.2015    çap et  çap et