525.Az

ABŞ Nümayəndələr Palatası neft ixracına qoyulmuş qadağanın ləğvi haqqında qanun qəbul edib


 

ABŞ Nümayəndələr Palatası neft ixracına qoyulmuş qadağanın ləğvi haqqında qanun qəbul edib<b style="color:red"></b>

ABŞ Nümayəndələr Palatası ölkənin neft ixrac etməsinə qoyulan və 40 ildir davam edən qadağanın ləğv olunması barədə qanun layihəsini dəstəkləyib.

APA-nın “The Wall Street Journal”ə istinadən yaydığı xəbərə görə, layihənin lehinə 261, əleyhinə 159 konqresmen səs verib.
 
Neft ixracına qadağanın ləğvinə ABŞ-ın 10-dan artıq neft şirkəti, o cümlədən “Continental Resources İnc.”, “Conoco Phillips” və “Encana Corp.” lobbiçilik edirlər. Bu ideyanın tərəfdarları israr edirlər ki, qadağanın ləğvi ABŞ iqtisadiyyatının inkişafına, istehsalın artmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.  

Layihə Senatın təsdiqinə təqdim ediləcək. Lakin Ağ Ev hələlik neft ixracatına başlamaq təşəbbüsünü dəstəkləmir. Senatdan keçsə belə, prezident Obama qanuna veto qoya bilər. Xatırladaq ki, 1975-ci ildə ərəb dövlətlərinin ABŞ-a neft satışını dayandırmasından sonra ABŞ Konqresi ölkə neftinin ixracına qadağa qoyub.

 





10.10.2015    çap et  çap et