525.Az

Zığda sürüşmə prosesi aktivləşib


 

Zığda sürüşmə prosesi aktivləşib<b style="color:red"></b>

Hazırda Bakının Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsində sürüşmə prosesi aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, Zığ sürüşmə sahəsində aktivləşmə müşahidə olunur: “Zığda quraşdırılan müşahidə nöqtələrindən aydın hiss olunur ki, sürüşmə prosesi aktivləşib”.
 
R. Həsənov əlavə edib ki, Bakı Avtovağzal kompleksinin qarşısındakı sürüşmə sahəsində elə bir dəyişiklik yoxdur. Dəstə rəisi qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər klassik sürüşmə sahələrində hələlik sabitlikdir.
Sosial səhifələrdə

 





10.10.2015    çap et  çap et