525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. 
 
Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-17, dağlıq ərazilərdə gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.
 





10.10.2015    çap et  çap et