525.Az

Milli Dram Teatrında “Herostratı unudun”un premyerası olacaq


 

Milli Dram Teatrında “Herostratı unudun”un premyerası olacaq<b style="color:red"></b>

Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının məşqləri yekunlaşmaq üzrədir.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. 

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

“Herostratı unudun” tamaşasının premyerası oktyabrın sonunda keçiriləcək.

 





10.10.2015    çap et  çap et