525.Az

Hindistanda daha bir təcavüz şoku


 

Hindistanda daha bir təcavüz şoku<b style="color:red"></b>

Hindistanda 23 yaşlı gənc qıza təcavüzün şoku bitməmiş yeni bir skandal ortaya çıxıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu dəfə təcavüz edən bir millət vəkili olub. Assam əyalətindəki bir kənddə bir evə girən millət vəkili bir qadına təcavüz edib.

Qadın bağırınca kənd sakinləri millət vəkilini yaxalayıblar və uzun müddət döyüblər.

Yaralı deputat polisə təhvil verilib.

 





05.01.2013    çap et  çap et