525.Az

"Hər hansı əcnəbinin ölkəyə buraxılmaması Azərbaycanın suveren hüququdur"


 

"Hər hansı əcnəbinin ölkəyə buraxılmaması Azərbaycanın suveren hüququdur"<b style="color:red"></b>

“Azərbaycanda keçiriləcək parlament seçkilərinə beynəlxalq media tərəfindən böyük diqqət var”.

APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan Respublikasının “KİV haqqında” qanununa əsasən xarici media nümayəndələrin qeydiyyatı ilə bağlı müraciətlər XİN tərəfindən qəbul edilir: “Müsbət haldır ki, beynəlxalq KİV tərəfindən seçkilərə diqqət böyükdür”.
 
H. Hacıyev “Amnesty International” təşkilatının iki əməkdaşının Azərbaycana buraxılmaması məsələsinə də toxunub: “Azərbaycan Respublikasının ərazisinə əcnəbi vətəndaşların daxil olması “Dövlət sərhədi haqqında”, “Miqrasiya haqqında” qanunlar və digər hüquqi sənədlər əsasında tənzimlənir. Hər hansı əcnəbi vətəndaşın ölkə ərazisinə daxil olmasına icazə verilməməsi Azərbaycanın suveren hüququdur”.

 





12.10.2015    çap et  çap et