525.Az

Merkel Türkiyəyə səfər edəcək


 

Merkel Türkiyəyə səfər edəcək<b style="color:red"></b> Almaniya kansleri Angela Merkel oktyabrın 18-də Türkiyəyə səfər edəcək.
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert məlumat verib.
 
Səfər əsnasında A. Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlu ilə görüşəcəyi bildirilir.
 
Görüşlərdə əsas müzakirə mövzuları terrora qarşı birgə mübarizə, Suriyadakı vəziyyət və miqrant böhranının idarə edilməsi məsələləri olacaq.
 
Xatırladaq ki, Almaniya kansleri Ankaradakı qanlı terror hücumunu qınayaraq baş nazir Əhməd Davudoğluna baş sağlığı verib.
 
O, hücumun “demokratiya və sülh əleyhinə fəaliyyət” olduğuna diqqət çəkib.
 





12.10.2015    çap et  çap et