525.Az

UNEC “Best Performance” sertifikatına layiq görülüb


 

UNEC “Best Performance” sertifikatına layiq görülüb<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 9-cu Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisinin “Best Performance” sertifikatına layiq görülüb.

UNEC-dən 525-az-a verilən xəbərdə bildirilir ki, mükafat universitetə sərgidə ən yaxşı təqdimata görə verilib.

Dünyanın 16 ölkəsindən 130-dan çox ali təhsil müəssisəsinin qatıldığı sərgidə UNEC “Best Performance” sertifikatına layiq görülən yeganə universitetdir.

UNEC sərgidə əsasən dörd yeni təqdimatla diqqəti çəkib – London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramı, ikili diplom proqramları, Beynəlxalq İqtisadiyyat Məktəbi və elektron universitet layihəsi. UNEC-in Mevlana və Erasmus+ proqramları, təkrar ali təhsil, yenidənhazırlanma təhsil və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, 4 dildə tədris imkanlarının olması, 21 ixtisas üzrə təhsil, MBA proqramı, Karyera Mərkəzinin fəaliyyəti, korporativ sektorla geniş əlaqə, məzun yarmarkalarının keçirilməsi sərgi iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, 2014-cü ildə keçirilən 8-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində UNEC-in stendi dolğun informasiyanın əks olunması və xarici görünüşünə görə “Ən Yaxşı Universitet Təqdimatı” sertifikatına layiq görülmüşdü.
 





12.10.2015    çap et  çap et