525.Az

Türkiyədə hərbçilərə daha bir hücum


 

Türkiyədə hərbçilərə daha bir hücum <b style="color:red"></b> Türkiyənin Şırnak vilayətində PKK terrorçuları hərbçilərə hücum edib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 əsgər şəhid olub, 2 hərbçi və 2 kənd qoruyucusu yaralanıb.
 
Məlumata əsasən, əməliyyatdan qayıdan hərbçilər iri çaplı silah və qumbaraatanlardan atəşə tutulub. 
 
Baş verən atışma zamanı 3 hərbçi və 2 kənd qoruyucusu yaralanıb. Şirnak hərbi hospitalına çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
 





13.10.2015    çap et  çap et