525.Az

Ukraynada kiberpolis bölməsi yaradılacaq


 

Ukraynada kiberpolis bölməsi yaradılacaq<b style="color:red"></b> Ukrayna Daxili İşlər Nazirliyi kiberpolis bölməsi yaradacaq.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov bildirib.
 
Kiberpolisin əsas vəzifəsi ödənişlər sistemlərindən istifadə, elektron ticarət, intellektual mülkiyyət və informasiya təhlükəsizliyi sahələrində cinayətlərlə mübarizə olacaq.
 
Bildirilir ki, yeni strukturda həm nazirliyin kibercinayətkarlıqla mübarizə idarələrinin hazırkı əməkdaşları, həm də yeni polislər çalışacaq.
 
Yeni bölmənin kibercinayət və kibertəhdidlərə dərhal reaksiya verəcəyi, eləcə də sahədə transmilli cinayətkar qruplaşmalarının zərərsizləşdirilməsi üzrə dünya standartlarına uyğun beynəlxalq əməkdaşlıq aparması nəzərdə tutulur. 
 
Kiberpolisə əməkdaş yığımı və müsabiqə haqqında ətraflı məlumatın oktyabrın 15-də veriləcəyi gözlənilir.
 
Strukturun yeni ştat vahidinin noyabrın 5-dək formalaşacağı planlaşdırılır, - “BBC” yazır. 
 





13.10.2015    çap et  çap et