525.Az

Qafqaz Müsəlmanları İdarəsinin Etika komissiyası yaradılıb


 

Qafqaz Müsəlmanları İdarəsinin Etika komissiyası yaradılıb<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Etika komissiyası yaradılıb.
 

APA-nın məlumatına görə, komissiyanın yaradılması bu gün QMİ-də keçirilən tədbirdə sədr Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən elan olunub.

O qeyd edib ki, komissiyanın yaradılmasında məqsəd yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlıdır.
 
Etika komssiyasına Şeyxülislam Hacı Allahşükür Paşazadə sədrlik edəcək. Komissiyanın tərkibi QMİ-nin sədr müavinləri və əməkdaşlarından ibarətdir.
 





13.10.2015    çap et  çap et