525.Az

"İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq"


 

"İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq"<b style="color:red"></b>

“Cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub. 8 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1% artıb.
 
"İlin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək", - deyə E. Rüstəmov bildirib.

 





13.10.2015    çap et  çap et