525.Az

İsrafil İsrafilov TÜRKSOY Teatr Direktorları Şurasının toplantısında iştirak edib


 

İsrafil İsrafilov TÜRKSOY Teatr Direktorları Şurasının toplantısında iştirak edib<b style="color:red"></b>

Türkmənistanda TÜRKSOY-a üzv olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib.

Milli Dram Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək toplantının əhəmiyyətindən, türkdilli ölkələrin teatrları arasında olan əlaqələrin vacibliyindən, gələcək əməkdaşlıq münasibətlərindən danışıb.

Beynəlxalq toplantıda Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov türkdilli ölkələrdə teatrın yeri və fəaliyyət perspektivləri haqqında məruzə ilə çıxış edib: "Məruzədə irəli sürülən məsələlərin aktuallığı ilə bağlı Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Türkiyə və digər ölkələrin teatr rəhbərləri həmrəy olduqlarını bildirdilər və qarşılıqlı əlaqələrin vacibliyini təsdiqlədilər. Tədbirdə türkdilli dövlətlərin teatr rəhbərlərinin yekun sənədi qəbul edildi. Qəbul olunmuş sənəddə türkdilli ölkələrin teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri əksini tapıb".

Teatr Direktorları Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova xüsusi sertifikat təqdim olunub.

 





13.10.2015    çap et  çap et