525.Az

"Şultslar, brassörlər, yaqlandlar hərəkətləri ilə təsdiqləyiblər ki..."


 

"Şultslar, brassörlər, yaqlandlar hərəkətləri ilə təsdiqləyiblər ki..."<b style="color:red"></b>

"Martin Şults, Ann Brassör və Turbyorn Yaqland hərəkətləri ilə dəfələrlə təsdiqləyiblər ki, onlar müstəqil deyillər. Həmin şəxslər bəlli çevrələrin tapşırığıyla durub-otururlar".

Bunu mətbuata açıqlamasında millət vəkili Sahib Alıyev dilə gətirib.

"Yadıma gəlir Avropa Birliyi üçün prezident postu təsis ediləndə qurumun dominantlıq edən üzvləri ilk növbədə ona çalışdılar ki, birincisi, prezident olacaq adam elə də sözü keçən dövlətin təmsilçisi olmasın"- deyən S. Alıyevin sözlərinə görə, ikincisi, adamın özü sözü keçənlərdən deyil, söz keçirilənlərin arasından seçilsin.
 
O, deyib ki, yəni, həmin şəxsin öz fikri olmasın, böyük dövlətlər nə desə onu etsin.

"İndi aydın olur ki, qərbdəkilər digər qurumların başında duranları seçərkən də məhz bu standartlardan çıxış edirlər. Martin Şults, Ann Brassör və Turbyorn Yaqland hərəkətlərilə dəfələrlə təsdiqləyiblər ki, onlar müstəqil deyillər, bəlli çevrələrin tapşırığıyla durub-otururlar" - deyə, S.Alıyev mətbuata açıqlamasında daha sonra sözlərinə əlavə edib.

KAMİL

 





13.10.2015    çap et  çap et