525.Az

Levent Kırca dəfn edilib


 

Levent Kırca dəfn edilib<b style="color:red"></b>

Oktyabrın 12-də qaraciyər xərçəngindən vəfat etmiş Türkiyənin tanınmış komediya aktyoru Levent Kırca dəfn edilib.
 
APA-nın məlumatına görə, L. Kırca üçün İstanbuldakı Levent məscidində cənazə namazı qılınıb. Cənazə namazında Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu, Vətən Partiyasının sədri Doğu Perinçək, siyasət və sənət dünyasının tanınmış simaları iştirak ediblər.
 
L. Kırcanın keçmiş arvadı, aktrisaı Oya Başar APA-ya açıqlamasında bunları deyib:  “Acımızı bölüşdüyünə görə Azərbaycana təşəkkürümü bildirirəm. Levent burda hamını güldürdü, inşallah, Allah da onu orda güldürər”.
 
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, istefada olan generalı İlkər Başbuğ isə APA-ya deyib ki, L. Kırca Türkiyə üçün böyük itkidir: “Böyük sənətkar, böyük düşüncə adamı idi. Bunu deyirəm ki, XXI əsrdə Türkiyənin yetişdirdiyi ən böyük filosof idi. İnşallah, sonuncu olmaz. Bütün millətimizin, azərbaycanlı qardaşlarımızın da başı sağ olsun”.

Cənazə namazından sonra  Ləvənt Kırca Zincirlikuyu qəbiristanında dəfn edilib.

 





13.10.2015    çap et  çap et