525.Az

Azərbaycan OPEK-in iclasında iştirak edəcək


 

Azərbaycan OPEK-in iclasında iştirak edəcək<b style="color:red"></b> Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) oktyabrın 21-də keçiriləcək iclasına təşkilata üzv olmayan 8 dövlət də dəvət edilib.
 
“APA-Economics” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloqio del Pino məlumat verib.
 
Onun sözlərinə görə, Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya OPEK-in iclasına qatılacaq.
 
Qeyd edək ki, OPEK və bu təşkilata üzv olmayan ölkələrin neft mütəxəssislərinin texniki iclası Vyanada baş tutacaq.
 
“İclasda iştirakla bağlı ölkələrin təsdiqləri tədricən gəlir və iclasda kifayət qədər nümayəndə heyətlərinin təmsil olunması üçün mən şəxsən nazirlərə zəng edirəm”, - deyə o bildirib.
 
Yeri gəlmişkən, OPEK ölkəsi olan Venesuela neftin qiymətini dirçəltmək üçün yeni strategiya təqdim edəcək.
 





14.10.2015    çap et  çap et