525.Az

"Münaqişənin eskalasiyası yolverilməzdir"


 

"Münaqişənin eskalasiyası yolverilməzdir"<b style="color:red"></b> "Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biri olaraq qalır".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə çıxış edib.
 
O, Qarabağ nizamlanmasının Rusiya XİN başçısı Sergey Lavrovun xarici həmkarları ilə müzakirə etdiyini söyləyib:

"Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bir qədər əvvəl, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə həmsədrlərin bu ay regiona baş tutacaq səfəri öncəsi münaqişənin nizamlanmasına dair praktik məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub.

Təəssüf ki, münaqişə zonasında baş verən gərginlik, itkilərin çoxalması, o cümlədən mülki əhali arasında ölüm halları siyasi dialoqun bərpasını daha da çətinləşdirir. Münaqişənin eskalasiyası yolverilməzdir.

Tərəfləri güc tətbiq etməkdən imtina etməyə, güzəştlər üçün lazım olan siyasi iradə göstərməyə çağırırıq".
 





14.10.2015    çap et  çap et