525.Az

Milli Məclis hökumətə 6 gün vaxt verdi


 

Milli Məclis hökumətə 6 gün vaxt verdi<b style="color:red"></b>

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.

“APA-Economics”in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.
 
Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.
 
Qeyd edək ki, büdcə zərfinə daxil olan digər  qanun layihələrinin müzakirəsi davam etdirilir.

 





14.10.2015    çap et  çap et