525.Az

Razi Nurullayev əməliyyat olunacaq


 

Razi Nurullayev əməliyyat olunacaq<b style="color:red"></b>

Bir neçə gün əvvəl baş verən yol qəzasında xəsarət alan AXCP sədrinin müavini Razi Nurullayev çiynindən əməliyyat olunacaq.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Razi Nurullayevin vəziyyəti orta-ağır olaraq qalır. Müalicə həkimi Fəxrəddin Zeynalovun verdiyi məlumata görə, əməliyyat Razi Nurullayevin çiynində aparılacaq. R. Nurullayevin kəllə-beyin travması almış həyat yoldaşının vəziyyəti də orta-ağır qiymətləndirilir.
 
Qeyd edək ki, dekabrın 5-də R. Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

 





07.01.2013    çap et  çap et