525.Az

"Milan" Anderlext"lə bacarmadı, "Real"dan möhtəşəm qələbə


 

"Milan" Anderlext"lə bacarmadı, "Real"dan möhtəşəm qələbə

Dünən axşam Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start verilib.

İlk oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunda Zaqreb "Dinamo"su öz meydanında "Porto" (Portuqaliya) klubunu qəbul edib və rəqibinə məğlub olub - 0:2. Digər görüşdə isə PSJ (Fransa) evdə "Dinamo" (Kiyev, Ukrayna) klubunu darmadağın edib - 4:1.

B qrupunda "Arsenal" (İngiltərə) səfərdə "Monpelye" (Fransa) klubunun qonağı olub və 2:1 hesabı ilə qələbə qazanıb. Qrupun digər matçında isə Yunanıstanın "Olimpiakos" klubu doğma meydanda "Şalke" (Almaniya) münasibətlərinə aydınlıq gətirib. Bu görüş də qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

C qrupunda İtaliya nəhəngi "Milan" öz meydanında "Anderlext"i (Belçika) sınağa çəkib və rəqibin müqavimətini qıra bilməyib - 0:0. Rusiya "Zenit"i (Peterburq) isə İspaniyada "Malaqa"nın qonağı olub və rəqibinə böyük hesabla uduzub - 0:3.

D qrupunda son Almaniya çempionu "Borussiya" (Dortmund) klubu evdə "Ayaks"la (Hollandiya) ilə qarşılaşıb və minimal hesabla qələbə qazanıb - 1:0. Madridin "Real" klubu isə doğma azarkeşləri önündə son İngiltərə çempionu "Mançester Siti" ilə üz-üzə gəlib. Dramatik məcrada keçən görüş 3:2 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Qeyd edək ki, bu axşam daha 8 qarşılaşma baş tutacaq.

 

 

18 sentyabr

Çempionlar Liqasının qrup mərhələsinin oyunları

A qrupu

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Porto" (Portuqaliya) - 0:2
Qollar: Qonzales, 41 (0:1), Defour, 90 (0:2)

23:45. PSJ (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna) - 4:1
Qollar: İbrahimoviç, 19-pen (1:0), Silva, 30 (2:0), Aleks, 32 (3:0), Veloso, 87 (3:1), Pastore, 90 (4:1)

 

B qrupu

23:45. "Monpelye" (Fransa) - "Arsenal" (İngiltərə) - 1:2
Qollar: Berhanda, 9-pen (1:0), Podolski, 16 (1:1), Cervinyo, 18 (1:2)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Şalke" (Almaniya) - 1:2
Qollar: Hövedes, 41 (0:1), Abdoun, 58 (1:1), Huntelar, 59 (1:2)

 

C qrupu

23:45. "Milan" (İtaliya) - "Anderlext" (Belçika) - 0:0

23:45. "Malaqa" (İspaniya) - "Zenit" (Peterburq, Rusiya) - 3:0
Qollar: İsko, 3 (1:0), 76 (3:0), Saviola, 13 (2:0)

 

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Hollandiya) - 1:0
Qol: Levandovski, 87 (1:0)

23:45. "Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:2
Qollar: Ceko, 69 (0:1), Marselo, 76 (1:1), Kolarov, 85 (1:2), Benzema, 86 (2:2), Ronaldo, 90+1 (3:2)


 


19 sentyabr


E qrupu
 
23:45. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Nordsyaelland" (Danimarka)

 

F qrupu

23:45. "Bavariya" (Almaniya) - "Valensiya" (İspaniya)

23:45. "Lill" (Fransa) - BATE (Belarus)

 

G qrupu
 
23:45. "Barselona" (İspaniya) - "Spartak" (Moskva, Rusiya)

23:45. "Seltik" (Şotlandiya) - "Benfika" (Portuqaliya)

 

H qrupu

23:45. "Braqa" (Portuqaliya) - "ÇFR Kluj" (Rumıniya)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)

 





19.09.2012    çap et  çap et