525.Az

Depardye Rusiya pasportunu aldı


 

Depardye Rusiya pasportunu aldı<b style="color:red"></b>

Keçən həftə Rusiya vətəndaşlığına keçən məşhur aktyor Jerar Depardye pasportunu da alıb.

525.az-ın Tükiyə mediasına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin ildırım sürətilə vətəndaşlıq verdiyi Depardyenin parsportunu Soçidəki iqamətgahında təqdim edib.

Rusiya televiziyasının xəbərinə görə, Putin Depardye ilə birlikdə axşam yeməyi yeyib və aktyorun rus keşiş Rasputini canlandırdığı filmlə bağlı söhbət edib. Dövlət televiziyası Putinlə Depardyenin qucaqlaşdığı görüntüləri efirə verib.

 





07.01.2013    çap et  çap et