525.Az

Dovşanın əvəzinə dostunu güllələdi


 

Dovşanın əvəzinə dostunu güllələdi<b style="color:red"></b>

Zərdab rayonunda gənc oğlan güllələnib.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən Yuxarı Seyidlər kəndində 25 yaşlı Ceyhun Abbasov ov zamanı 27 yaşlı Bəhmən Mustafayevi güllələyib.

C.Abbasovun dovşana atdığı güllə dostuna dəyib. B.Mustafayevə dəyən güllə öldürücü olub. Hadisə ehtiyatsızlıqdan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 





08.01.2013    çap et  çap et