525.Az

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan məktəblərin sayı artırılacaq


 

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan məktəblərin sayı artırılacaq

2012-ci ilin sonunadək Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrinin ümumi sayının 1700-ə, "Elektron məktəb" layihəsi üzrə təhsil müəssisələrinin sayının isə 50-yə çatdırılması nəzərdə tutulub.

Bu barədə 525.az-a Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verilib. S.Məmmədov bildirib ki, "1 şagird: 1 kompüter" layihəsi üzrə 2012-ci ilin sonunadək məktəblərə əlavə 200 netbuk veriləcək. Bu günədək "Elektron Məktəb" layihəsinə daxil olan 15 ümumtəhsil müəssisələrinə "1 şagird: 1 kompüter" layihəsi çərçivəsində 2000-dən çox netbuk və simsiz genişzolaqlı, filtrasiyalı internetə çıxış imkanına malik olan USB tipli modemlər verilib.

S.QARAYEVA

 





19.09.2012    çap et  çap et