525.Az

İranmı, Turanmı?


 

İranmı, Turanmı?<b style="color:red"></b> Telman Nüsrətoğlu

Yaxın Şərqdə Ərəb baharıyla başlayan və Avrasiyanın can damarlarına doğru irəliləyən yeni  dünyanın geopolitik çatışmasının qırılma nöqtəsi heç şübhəsiz ki,  İran və ətrafında baş verən hadisələr  olacaq. Azərbaycanın,Türk dünyasının və eləcə də İslam aləminin də gələcək siyasi, ideolojik, coğrafi  konfiqurasyasında İranın gələcəyilə bağlı ssenarilər  ciddi əhəmmiyət kəsb etməktədir. Bu ölkə Fars –Sasani  dövlətçilik ənənələrinin kökləri üstündə müxtəlif tarixi dövrlərdə fərqli  təmayüllər göstərsə də, İran mərkəzli yapı varlığını davam etdirərək günümüzə qədər gəlib. Əslində İranın mövcudluğu həm də mədəni, siyasi aspektdə Türk varlığıyla  rəqabət və çatışma  şəklində iç-içə  olmuştur. İran, Avrasyanın ən stratejik məkanında qərar tutması, Bəsrə körfəzinin çox böyük neft-qaz ehtiyyatlarının sahib olması səbəbiylə dünyanın super güclərinin də  maraq dairəsindədir.

İnqilab sonrası formalaşan teokratik rejimin iş başına gəlməsində heç şübhəsiz ki,  Sovet dövlətini  çevrələyərək buradakı müsəlman  faktorundan da  faydalanmaq istəyən Qərbin  də ciddi rolu olub. Ən azından deyə bilərik ki,  Sovet təhlükəsinin mövcudluğu  bu  faktorun   münbit daxili şərtlər üzərində ortya çıxmasına  Qərbin loyal yanaşmasını  şərtləndirdi.   SSRİ-nin dağılmasıyla  dəyişən tarixi  şərtlər içində İranın yeni rejimi də ideolijik yanaşmalardan, başqa ölkələrə “inqilab ixrac” etmə həvəslərindən  geri çəkilərək daha praqmatik təməllərdə xarici siyasətə üstünlük verdilər. İranın bölgədəki maraqlarını hər şeydən önə çıxaran   makavelist  siyasət izləməyə başladılar. İran üçün məzhəb təməlli din  qonşu ölkələrdə yeni dayaqlar, qurumlar formalaşdırmaq, milli maraqlarını həyata keçirmək üçün ideolojik bir silahdan başqa bir şey  olmadı..

Qapalı bir rejim olması səbəbiylə Amerika və Avropa bu ölkənin daxilinə istədiyi şəkildə nüfuz edə bilməsə də,  İran-İraq müharibəsi dövründə və daha sonra da bu ölkənin adı çəkilən güclərlə bəzən açıq bəzən də gizli , enerji və silah alımı müstəvisində  əməkdaşlığı davam etdi. SSRİ-nin dağılması yeni dünya reallıqlarını da bərabərində gətirincə  İran istər onu çevrələyən və getdikcə də güclənən Türk zolağına, istərsə də Amerikanın bölgəyə daha güclü nüfuz etməsinə qarşı Rusyayla  yaxın mütttəfiqlik qurmaq ehtiyacı hiss etdi. Və bu ittifaqa Rusyanın for-postu olan Ermənistan da əlavə edildi. Moskva-Tehran-İrəvan üçbucağı həm də gözlənilən ortaq təhlükəyə qarşı   formalaşan bir birliyin adıydı.

Xəritəyə baxdığımız zaman Yaxın Şərqdə olduğu kimi Qafqazda da XIX əsrdə çizilmiş olan sərhədlərin real etnik mənzərəni əks etdirmədiyi və imperialist mərkəzlərin zorla  bölüşdürmə siyasətinin  bir nəticəsi olduğu asanlıqla anlaşılmaqdadır. Türkmənçay sonrası dəqiqləşən İran-Azərbaycan sərhəddi də ədalətsiz və bir millətin ikiyə bölünməsiylə nəticələnən bir sərhəddi. Bu sərhəd eyni zamanda Balkanlardan Türküstana uzanan təbii Türk zolağının süni sərhədlərlə bölünməsiydi. İranın varlığı bu gün də, dünən də istər dini zəmində istərsə də, etnik baxımdan Türk Birliyinin bütünləşməsinin önündə böyük bir əngəldi.  Bu baxımdan İran varlığını davam etdirə bilmək  üçün Rusyanın tarixi Türk torpaqları olan İrəvan xanlığında qurmuş olduğu erməni dövlətini himayə etməli və onun dünyaya açılan qapısı olmalıydı. İran da məhz bunu həyata keçirməyə başladı. Çarlıq Rusyası dövründə Moskvada aparılan müzakirələrdə erməni dövlətinin Bakıda, Şamaxıda,  yoxsa Mazandaranda  qurdurulması məsələsi uzun-uzun müzakirə edilmiş,Türkiyənin nəzarət altına alınması və başqa geostratejik səbəblərə görə erməni dövlətinin  İrəvan xanlığının torpaqlarında qurulması qərarlaşdırılmışdı. Bu strateji bir qərardı. Və İranın Fars varlığının davamı üçün də bu erməni dövləti dəstəklənməliydi.  Bu gün Tehran- İrəvan münasibətlərinin Azərbaycan- İran münasibətlərindən daha   yüksək səviyədə olması  bilinən bir həqiqətdir.
Azərbaycanı  Şimali İran olaraq görən İranın Paniranist baxış və maraqları  Qarabağ probleminin  mümkün olduğu qədər uzadılmasını şərtləndirir. İran həm də Azərbaycanın  milli enerji və imkanlarının daha çox bu məsələyə sərf edilməsini və Azərbaycanın bütövləşməsinin gündəmə gəlməməsini arzulamaqdadır. Bu baxımdan da Moskva-Tehran – İrəvan təbii müttəfiqlər  kimi  geostratejik mübarizə meydanında yer almaqdadır. İranın bu siyasəti nəticəsində Türküstan və Qafqaz Rusyayla İran arasında qitə içində sıxışıb qalmış vəziyətdədirlər.  Sözdə İslam cümhuriyəti olduğunu  iddia edən bu dövlət Fars milli maraqlarına indekslənmiş siyasətiylə Orta Asyanın müsəlman zolağının təbii coğrafi güzərgahlardan keçərək Türkiyəylə bütünləşib güc halına gəlməsini əngəlləməkdədir. İran Turan coğrafiyasının  əsas etnik gücüylə  uymlu  yaşamağı deyil  çatışmanı tərcih etməkdədir.

İranın dini ideologiyasının səmimiyətsizliyi  özünü İsraillə əlaqələrdə də ortaya qoymaqdadır.  Şah dönəmində özünün zirvə nöqtəsinə çıxan İran- İsrail əlaqələrinin   Xomeyni dönəmində də gizli təmaslarla dəvam etdiyi çoxları tərəfindən bilinməməkdədir. Amerikanın ən məlumatlı Yaxın Şərq mütəxəsislərindən Mike Evans “Jimmy Karter” adlı kitabında  İranın dini liderinə qarşı tərtiblənən suiqəst planının  Mossadın İrandakı hərbi atəşəsi  vasitəsiylə əngəllədiyini  qeyd etmişdi. Bu suiqəsdin təşkilatçısı kimi də   o vaxtın hava qüvvətləri komandiri  general Hüseyin Rabiinin  edam edildiyi bilinməkdədir.  Müxtəlif araşdırmalar  1980 – 1990 cı illərdə  İrana İsrailin milyart dollarlar məbləğində müxtəlif  silahlar satdığını  ortaya qoymaqdadır.  2009 -da   Amerikanın İrana embarqo qoymasından sonra  İsrailli iş adamı Şami Öferin  İrana gəmilər satdığı haqda xəbərlər dünya mətbuatında xəbər olmuşdu.  Bu iş adamının şirkəti Amerikanın   İranla böyük  ticari əlaqələri olan şirkətlər  siyahısında yer almış daha sonra da şirkət  açıqlamasında İsrail rəsmilərindən xəbərsiz heç bir iş görmədiklərini bəyan etmişdi.   Bu  İsrailli iş adamının  Təl-Əvivdəki evində ölü bulunması da mövzu ətrafındakı sualları artırmışdı .Əməkdaşlığa dair daha bir məlumat. Haaretz qəzeti  bir məqaləsində  200-ə qədər  İsrail şirkətinin  İsrail hökümətinin məlumatı daxilində İranın can damarı olan enerji sektorunda fəaliyət göstərdiklərini   yazmışdı. Bu yöndəki məlimatları daha da artırmaq olar.
Ermənistanla da İranın əlaqələri bu baxımdan stratejik təməllərdə günü-gündən genişlənməkdədir.Bütün bunlar göstərir ki İran praqmatik maraqları çərçivəsində hər kəslə əməkdaşlığa gedə bilər və onun dini şüarları da aldatmacadan başqa bir şey deyil.  İran Xəzərin  enerji ehtiyatlarının istifadəsi  məsələsində  də daima  Azərbaycanın  və Türkiyənin  milli maraqlarının qarşısında yer almaqdadır. .  Azərbaycan-Gürcüstan- Türkiyə  stratejik əməkdaşlığı məhz bu reallıqların gətirdiyi zərurətdən ortaya çıxmışdır.  Embarqo şəraitində belə iran Türkiyəyə qazı ən yüksək qiymətlərlə satmaqda və qazdan siyasi təziq vasitəsi olaraq istifadə etməkdədir. İranın dəyişən kanyuktura içərisində PKK amilindən də Türkiyəyə qarşı istifadə etdiyinə dair xəbərlər vaxtaşırı Türkiyə mətbuatında yer almaqdadır. İraqda və Suriyədə məzhəb pərdəsi altında Türkiyənin önünü kəsmək cəhdləri də bu dövlətin  heç dəyişməyən  Türk-İslam dünyasıyla daimi mübarizəsinə  daha bir sübutdur.

Rusya və Çinə daha ciddi təsir imkanları əldə etmək  istəyən Amerikayla enerji  asılılığından qurtulmaq istəyən  Avropa  da  təbii olaraq Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqını dəstəkləməkdədir  . İndi  İran əleyhində şəkilənən bu gepolitik  dəngələrdə Türkiyənin çevik həmlələrinə  ehtiyac var. Ərəb baharıyla başlayan dəyişikliklərin İranla  davam etmə ehtimalı Güney Azərbaycan Türklərindən də  çox asılıdır. Ancaq unutmamalıyıq ki  Qərb İranın geostratejik imkanlarından, enerji  resurslarından daha geniş bir şəkildə istifadə etmək istəyir ancaq  İslam coğrafiyasında ayırışdırıcı və dəngələyici bir ünsür olaraq da  məzhəb mərkəzli İranın  zəyifləyib dağılmasını istəmir.  Türk dünyasının Türkiyə liderliyində böyük bir gücə çevrilməsi ehtimalı da hakim  güclərcə arzulanmamaqdadır. İranın  yeni  bir sistemə ,yeni bir rejimə  keçid prosesinin qanlı vəyaxud qansız başverəcəyi  müzakirələriylə yanaşı, bu ölkədəki Türk varlığının İranın gələcəyiylə bağlı  mövqeyinin , strategiyasının necə olacağı da  prosesin aktual  suallarındandır.    Bu  sistemlə , antoqonist  və  ikiüzlü siyasətlə   İranın   süqutu labüddür.      Deyəsən həqiqətən də Qarabağın həlli  yolu  Təbrizdən keçəcək. Azərbaycan   buna hazır  olmalıdır..
 





08.01.2013    çap et  çap et