525.Az

Bakıda Antalyanın turizmi ilə bağlı tədbir keçiriləcək


 

Bakıda Antalyanın turizmi ilə bağlı tədbir keçiriləcək<b style="color:red"></b>

Antalya Expo Center və “Anfaş Fuarcılık” Antalya sərgilərinin və bu bölgənin qış turizmi imkanlarını Azərbaycanda tanıdacaq.

Bu məqsədlə oktyabrın 23-də Bakıda Azərbaycan iş adamları, turizm şirkətləri və media nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, adları çəkilən qurumlar Antalyada iqlimin, yerləşmə və transfer imkanlarının da müsbət təsiri ilə iş adamlarına həm sərgi ziyarəti, həm də tətil imkanını birlikdə təklif edərək geniş ticarət fürsətinin yaradıldığı onminlərlə iş görüşü həyata keçirilməkdədir.

Antalya Expo Center və “Anfaş Fuarcılık” Anadoluda sektorların istehsal və ixracat səviyyəsini yüksəltmək,  sərgiləri keçirilən sektorların yeni bazarlara çıxmasına dəstək vermək, ölkədaxili və ölkəxarici sektor təmsilçilərini, dövlət adamları, iş adamlarını, akademiklərini görüşdürərək sektorun inkişafına şərait yaradacaq beynəlxalq platforma yaratmaq məqsədi ilə dövlət və özəl sektorıa əməkdaşlıq edir.

Antalya Expo Center də hər il yerli məhsullar, tikinti materialları, hayvandarlıq və süd məhsulları, kənd təsərrüfatı avadanlıqlar , yerləşmə və qonaqpərvərlik sənayesi avadanlıqları, geyim, elektrik, iaşə məhsulları, daşınmaz əmlak, mərmər və təbii daşlar və şəhərsalma ilə bağlı sərgilər təşkil edilməkdədir.

Bu məqsədlə Antalyada qış turizmini inkişaf etdirmək və Antalya Sərgilərini tanıtmaq məqsədi ilə Antalya Turizm Müdürlüyü, İqtisadiyyat Nazirliyi, Qərb Akdeniz İxracatçı Birlikləri , Hava yolu şirkətləri və turizmçilərdən ibarət bir iş komitəsi yaradılıb. Komitə olaraq müəyyən olunmuş regionlarda tanıtım toplantıları və  görüşlər keçirilməsi haqda qərar verilib.

Qeyd edək ki, tədbir oktyabrın 23-ü, saat 15.00-da Bakıda Milli QHT Forumunun binasında başlanacaq.

 





21.10.2015    çap et  çap et