525.Az

Sabah Bakıda sulu qar yağacaq


 

Sabah Bakıda sulu qar yağacaq<b style="color:red"></b>

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 





08.01.2013    çap et  çap et