525.Az

Böyük Britaniya təşkilatı Dağlıq Qarabağda minatəmizləmə əməliyyatlarını dayandıra bilər


 

Böyük Britaniya təşkilatı Dağlıq Qarabağda minatəmizləmə əməliyyatlarını dayandıra bilər<b style="color:red"></b>

«Halo Trust» maliyyə problemləri ilə üzləşdiyindən əməliyyatlar dayana bilər

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Böyük Britaniyanın «Halo Trust» təşkilatı tərəfindən aparılan minatəmizləmə əməliyyatları dayana bilər. APA-nın məlumatına görə, bu barədə «Halo Trust» təşkilatının yaydığı məlumatda bildirilib.
 
Məlumatda qeyd olunub ki, indiyədək «Halo Trust»un Dağlıq Qarabağdakı əməliyyatları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Kanadanın “Reece Foundation and Grapes for Humanity” şirkəti tərəfindən dəstəklənib. Lakin təşkilat 2013-cü il üçün yeni donorlar tapa bilməyib. Bu isə işlərin təxirə salınmasına gətirib çıxara bilər.

 





08.01.2013    çap et  çap et