525.Az

İsti hava şəraiti sentyabrın 22-dək davam edəcək


 

İsti hava şəraiti sentyabrın 22-dək davam edəcək

Bakı və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Yay günlərini xatırladan və insanlara xoş gələn mülayim, sakit hava şəraitinin sentyabrın 22-dək davam edəcəyi gözlənilir.

 





19.09.2012    çap et  çap et