525.Az

Tanınmış yazıçı intihar etdi


 

Tanınmış yazıçı intihar etdi<b style="color:red"></b>

Türkiyənin tanınmış yazıçılarından biri Metin Kaçan intihar edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, “Ağır Roman” kitabının yazıçısı, İstabul şəhərində Avropa və Asiya qitələrini birləşdirən körpüdən özünü ataraq həyatını sonlandırıb. Qeyd edək ki, bu barədə xəbər səhərə yaxın saat 02.00-də taksi sürücüsünün polis bölməsinə məlumat verməsindən sonra yayılsa da ailəsi acı xəbəri o günün axşamında təsdiq edib.

Yazıçının qardaşı Həsən Kaçan “Twitter” səhifəsində, “Metin Kaçan barədə yayılan xəbərlər təəssüf ki, doğrudur. Ailəsi olaraq bir ümidlə məlumatı paylaşmamışdıq. Başsağlığı verənlərə təşəkkür edirik” – yazıb.

Metin Kaçan 1961-ci ildə Kayseri vilayətinin İncesu rayonunda dünyaya gəlib. İlk dəfə 1988-ci ildə müxtəlif satirik jurnallarda hekayələr yazaraq yazıçılar dünyasına daxil olub. “Ağır Roman” adlı ilk romanını 1990-cı ildə yazaraq ölkə roman ədəbiyyatçıları arasında öz yerini tutub.

Metin Kaçan karikaturaçı, aktyor və prodüsser (Türkiyə serial dünyasında Herodot Cövdət kimi məşhur olan) Həsən Kaçanın qardaşıdır.

anspress

 





09.01.2013    çap et  çap et